Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq imkanı təşkil edilir. Bu haqda məlumatı sentyabrın 24-ü Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən veririk.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant yerlər mövcuddur. Müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər sentyabrın 26-dan sentyabrın 28-dək yerli təhsil sektorlarına ərizə ilə müraciət edə bilərlər.
Vakansiyaya aşağıda göstərilən şərtlərə uyğun gələn müəllimlər müraciət edə bilərlər:
- Yalnız ümumi dərs yükü 20 saatdan az olan şəxslər;
- Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmədən 80% nəticə əldə etmiş şəxslər;
- Hazırda Gəncədə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən şəxslər.
Müraciət edən şəxslər ərizə və çalışdığı ümumtəhsil müəssisəsində mövcud olan dərs saatları, MİQ və ya DQ balı göstərilməklə verilmiş arayışı təqdim etməlidirlər. Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaq.
Qeyd olunmuş vakant yerlər 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Vakansiyaların siyahısı ilə aşağıdakı linkə keçid edərək baxa bilərsiniz: