19.1 C
Gence
19.1 C
Gence

Mülki şəhidlərin xatirəsi yad edilib

Gəncədə dördüncü raket atəşi zamanı həlak olanların xatirəsi yad olunub. Bu haqda 12 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Mülki şəhidlərin anım mərasimində icra başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov, Yaşar Abdullayev, İH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.

İlk öncə “Qələbə” parkının yaxınlığında dağılan ərazi ziyarət olunub. İştirakçılar mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, bura çiçəklər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub. Daha sonra rəsmilər Şəhidlər xiyabanında və “İmamzadə” Dini Kompleksinin ərazisində dəfn olunan mülki şəhidlərin məzarlarını ziyarət ediblər.

Ən Çox Oxunan