16.4 C
Gence
16.4 C
Gence

“Məktəblilərin Poeziya Klubu”nun iştirakçıları ilə görüş keçirilib

Gəncədə məktəbli yazarlarla görüş baş tutub. Bu haqda 27 dekabr tarixində 10 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

10 nömrəli tam orta məktəbdə yaradılan və bütün şəhər məktəblərini əhatə edən “Məktəblilərin Poeziya Klubu” iştirakçılarının Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə şöbəsinin müdiri Anar Bürcəliyevlə görüşü keçirilib.

Bürcəliyev keçdiyi sənət və yaradıcılıq yoluna istinad etməklə şagirdlərə dəyərli tövsiyələrini verərək onlarla hansı səpkidə, hansı işləri görə biləcəkləri barədə söhbət aparıb. O, şagirdlərin yazı nümunələrini dinləyib, ilk qələm təcrübələri olan şeir, hekayə və esseləri ilə bağlı tövsiyələr verərək, onlara tənqiddən qorxmağı deyil, nəticə çıxarmağı, öz üzərlərində əzmlə işləməyi məsləhət görüb. Daha sonra teatrşünas-tənqidçi şagirdlərin suallarını cavablandırıb.

Tədbirin sonunda Anar Bürcəliyev öz fəallıqları ilə fərqlənən məktəblilərə müəllifi olduğu kitablarını hədiyyə edib.

Ən Çox Oxunan