Gəncədə layihə həyata keçirilib. Bu haqda 9 noyabr tarixində “Vətən uğrunda” İctimai Birliyinə istinadən xəbər veririk.
Dövlət Bayrağı Günü münasibəti ilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən “Əsgərə məktub” layihəsi təşkil olunub. Burada müxtəlif sinif şagirdləri iştirak ediblər. Onlar Vətənə və ordumuza olan sevgilərini bildiriblər.
Tədbirin məqsədi yeniyetmələrdə vətənpərvərlik ruhunu formalaşdırmaqdır.