Gəncədə ödənişsiz voleybol məşqləri keçirilir. Bu haqda Gencexeber.az-a 21 noyabr tarixində məlumat daxil olub.
Regionlarda voleybol idman növünün inkişafı üçün Gəncə Regional Voleybol Klubu yaradılıb. Burada 8-15 yaş arası oğlan və qızlara pulsuz məşğələlər keçirilir.
Klubun nümayəndələri orta məktəblərin şagirdləri ilə də görüşürlər. Onlara idman növü haqda məlumat verilir. Daha sonra məşğələlərə qatılmaq istəyənlərin qeydiyyatı aparılır.
Voleybol dərslərinə qoşulmaq istəyən 8-15 yaş arası məktəblilər qeydiyyat üçün (010) 228 09 79 nömrəsi ilə əlaqə saxlaya və ya klubun İnstagram (genceregional_vk), Facebook (Gəncə Regional Voleybol klubu) sosial şəbəkə hesablarına yaza bilərlər.