Gəncədə məktəblilər üçün ekskursiya təşkil edilib. Bu haqda 30 mart tarixində Heydər Əliyev mərkəzinə istinadən məlumat veririk.
12 nömrəli tam orta məktəbin müəllimi və şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Onlara mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva tərəfindən Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib.
Şagirdlər ulu öndərin müxtəlif dövrlərdə şəhərimizə səfərlərini, qədim Gəncənin bu gününü əks etdirən eksponatlarla tanış olublar. Sonda onlar Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.
Qeyd edək ki, ekskursiya “Heydər Əliyev ili” çərçivəsində keçirilib.