20.8 C
Gence
20.8 C
Gence

Məktəblilər Heydər Əliyev Mərkəzində olublar

Gəncədə məktəblilər üçün ekskursiya təşkil edilib. Bu haqda 12 aprel tarixində Heydər Əliyev mərkəzinə istinadən məlumat veririk.

Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Onlara mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva tərəfindən Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında məlumat verilib.

Şagirdlər ulu öndərin müxtəlif dövrlərdə şəhərimizə səfərlərini, qədim Gəncənin bu gününü əks etdirən eksponatlarla tanış olublar.

Qeyd edək ki, ekskursiya “Heydər Əliyev ili” çərçivəsində keçirilib.

Ən Çox Oxunan