12.5 C
Gence
10.5 C
Ganja

Məktəblilər Gəncə Mall-da tədbir təşkil ediblər

Gəncə Mall-da məktəblilərin iştirakı ilə tədbir təşkil olunub. Bu haqda Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.

Zəfər gününə həsr olunmuş tədbir şəhər Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən keçirilib. Burada Şəhid ailələri, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, şagirdlər və şəhər sakinləri iştirak ediblər.

Məktəblilər müxtəlif kompozisiyalarla çıxış ediblər. Yuxarı siniflərin şagirdləri əllərində şəhidlərin plakatları ilə binada yürüş ediblər.

Gəncə şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan