23 C
Gence
18.5 C
Ganja

Məktəbi bitirən şagirdlərlə bağlı statistik məlumatlar bəlli olub

Gəncə-Daşkəsən bölgəsində məktəb məzunlarının sayı açıqlanıb. Bu haqda məlumatı iyunun 15-i Bizim.Media-ya istinadən veririk.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlərin sayı 5185 nəfərdir. Bu barədə məlumatı idarənin rəisi Anar Qədiməliyev verib.

Onun sözlərinə görə, 2021-2022-ci tədris iliində idarə üzrə 1-ci sinfi bitirən şagirdlərin sayı 8267 nəfərə, 9-cu sinfi bitirən şagirdlərin sayı isə 7081 nəfərə bərabərdir. Bu tədris ilində müsabiqə vasitəsilə 417 müəllim işə qəbul olunub.