Gəncədə məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçalarına) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. Bu haqda 10 iyun tarixində QafqazTV-yə istinadən məlumat veririk.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, iyul ayından etibarən bağçalara qəbul onlayn qaydada olacaq. Eyni zamanda E.Əliyev qeyd edib ki, uşaq bağçalarında da məktəbəhazırlıq qrupları var. Həmin qrupların sayı bütün uşaqların hazırlığına şərait yaratmır. 5 yaşı tamam olanların hazırlığa getmələri tövsiyə olunur.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq bağçalarında vakant olan tərbiyəçi və müdir vəzifələri üçün namizədlər müsabiqədə iştirak edərək yerləri qazana bilərlər.