Gəncədə məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatla bağlı alternativ mərkəzlər fəaliyyətə başlayıb. Bu haqda 19 iyul tarixində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Mərkəzlər kömək məqsədilə yaradılıb. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlər bura müraciət edə bilərlər. Mərkəzlər iş günləri ərzində saat 10:00-dan 16:00-dək fəaliyyət göstərir. Onlar aşağıdakı ünvanlarda yerləşir:
- Gəncə şəhəri üzrə Təhsil Sektoru (Atatürk pr., 246)
- 14 nömrəli tam orta məktəb (Qəmərli küç.)
- 25 nömrəli tam orta məktəb (Dədə Qorqud küç., 91).