25.6 C
Gence
20.5 C
Ganja

Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır. Bu haqda məlumatı avqustun 5-i Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən veririk.

Məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Dövlət ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə bu cür qruplar təşkil edilib. Hazırda valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

Məktəb seçimi ilə əlaqədar elektron sorğu Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədrisin digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Qeydiyyat üçün hiperlink-dən keçid edin.