19.7 C
Gence
19.7 C
Gence

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

Gəncədə ümumi təhsil müəssisələrində direktor vəzifəsinə sənəd qəbulu başlayıb. Bu haqda 10 aprel tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Şagird sayı 500-dək olan məktəblərə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində sənəd qəbulu 11 aprel tarixinədək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə təqdim edə bilərlər.

Qeyd edək ki, şagird sayı 150-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Namizədlərdən aşağıdakılar tələb olunur:

  • Pedaqoji ixtisas üzrə ali təhsil;
  • 5 ildən az olmayaraq pedaqoji staj;
  • Hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olma.

Ətraflı məlumat üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin “Çağrı Mərkəzi”nə (146-0-2) zəng etmək lazımdır. Vətəndaşlar Elm və Təhsil Nazirliyinin 146 nömrəsinə zəng edərək müvafiq dil seçdikdən sonra 0-2 düyməsini sıxmalıdırlar.

Ən Çox Oxunan