Gəncədə direktorlar üçün təlim keçirilib. Bu haqda 6 mart tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Tədbir Direktorların Təlim Mərkəzi layihəsi çərçivəsində baş tutub. 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova şagird nailiyyətlərinin, öyrənmə və öyrətmə bacarıqlarının dəyərləndirilməsi, şagirdlərin dərslərdəki irəliləyişlərinin izlənilməsi, sinifdə sağlam psixoloji mühitin və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi mövzularından danışıb. Burada şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər, həmçinin praktik işlər aparılıb.
Qeyd edək ki, mərkəz Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədilə yaradılıb.