23.2 C
Gence
23.2 C
Gence

Əmək yarmarkası təşkil olunacaq

Gəncədə növbəti əmək yarmarkası keçiriləcək. Bu haqda 13 aprel tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.

Tədbir Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə təşkil olunur. “Yeni Həyat” restoranında ofisiant, qabyuyan, kassir, xadimə, aşpaz və administrator vakansiyaları üzrə işə qəbul olmaq istəyən şəxslər 14 aprel saat 10:00-dan 13:00-dək təşkil ediləcək yarmarkaya qatıla bilərlər.

Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Onların CV nümunələri ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV yoxdursa, Dövlət Məşğulluq Agentliyinin CV Yarat platformasından (www.cvyarat.az) yararlanmaq olar. Burada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, öz CV-nizi PDF formatında əldə edə bilərsiniz.

Qeyd edək ki, yarmarka Məmməd Xələfov, 122 (Gəncə-Daşkəsən RMF-nin inzibati binası) ünvanında təşkil olunacaq.

Ən Çox Oxunan