Gəncədə psixoloji təlim təşkil ediləcək. Bu haqda 26 sentyabr tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Psixologiya kursunun rəhbəri Sevda İbrahimova tərəfindən keçiriləcək. Təlimin mövzusu “Müharibənin psixoloji fəsadları” olacaq. Seminar 30 sentyabr tarixində saat 13:00-da Gənclər Evində baş tutacaq.
Qatılmaq istəyənlər WhatsApp qrupuna qoşularaq qeydiyyatdan keçməlidirlər. İştirak ödənişsizdir.
Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.