16.9 C
Gence
16.9 C
Gence

Məşədi Cəmil Əmirovun xatirəsi anılıb

Gəncədə Fikrət Əmirovun atasının məzarı ziyarət olunub. Bu haqda 22 noyabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

Ziyarət Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Fikrət Əmirovun 100 illik yubileyi ərəfəsində baş tutub. Tədbirdə idarənin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, məsləhətçi Rahib Hüseynov, Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aidə Əmrahova və müəllimlər iştirak ediblər.

İlk musiqi məktəbinin və musiqi texnikumunun yaranmasında böyük rolu olan Məşədi Cəmil Əmirovun məzarı önünə güllər qoyulub və xatirəsi anılıb.

Ən Çox Oxunan