Gəncədə tarixi şəxslərin yubileyi qeyd olunub. Bu haqda 1 iyun tarixində Azərtac-a istinadən məlumat veririk.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Regional Mədəniyyət İdarəsi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Mədəniyyət tariximizin işıqları” adlı silsilə tədbirlər təşkil edilib. Burada konsert proqramı və ustad dərsləri keçirilib, həmçinin Əhməd Cavadın 130, Xurşidbanu Natəvanın 190, Hacı Zeynalabdin Tağıyevin 200, Hüseyn Cavidin 160, Fikrət Əmirovun 100 və Rauf Hacıyevin 100 illik yubileyləri qeyd edilib.
Master-klaslar vokal, fortepiano, kamança və tar üzrə keçirilib. Daha sonra Gəncə Dövlət Filarmoniyasında konsert təşkil olunub. Musiqili gecədə Əhməd Cavadın, Natəvanın sözlərinə bəstələnmiş mahnılar, Rauf Hacıyev və Fikrət Əmirovun əsərləri, Hüseyn Cavidin şeirləri səsləndirilib.
Sonda “Çırpınırdın Qara dəniz” mahnısı təqdim edilib.