Gəncədə psixoloq tərəfindən təlim baş tutub. Bu haqda 2 oktyabr tarixində Gənclər Evinə istinadən xəbər veririk.
“Müasir gənclik narkomaniyaya yox deyir” devizi ilə Gəncə Gənclər Evində təlim keçirilib. Tədbir mərkəzin psixoloqu Günəş Seyfullahzadə tərəfindən aparılıb.
Təlimdə Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi eksperti Elbar İsmayılov iştirak ediblər. Onlar narkomanlığın mənfi təsirləri və onların ağır fəsadları haqqında gənclərə məlumat veriblər.
Qeyd edək ki, təlim Regional Gənclər və İdman İdarəsinin və Gənclər Evi Sertifikat Xidmətləri Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.