Lor-estetik cərrah Dr.Hüseyn Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək. Bu haqda 14 noyabr tarixində həmin xəstəxanaya istinadən məlumat veririk.
Hüseyn Məmmədov 16-18 noyabr tarixlərində ödənişsiz vətəndaşları müayinə edəcək. Həkim tərəfindən müayinə olunacaq xəstəliklər aşağıdakılardır:
- Estetik Rinoplastika (xarici burun deformasiyasının aradan qaldırılması);
- Funksional Rinoplastika (burun tənəffüsü və estetik görüntünün bərpası);
- Septoplastika (burun çəpər əyriliyinin aradan qaldırılması);
- Vazotamiya (aşağı burun balıqqulaqlarının kiçildilməsi);
- Tonzillektomiya (damaq badamcıqlarının götürülməsi);
- Adenotomiya (adenoid hiperplaziyasının götürülməsi);
- Qulaq balonunun tətbiqi (eksudativ otitin müalicəsi) və s.
Əlavə məlumat almaq üçün (022) 303, (022) 255 38 38, (022) 255 83 83 və (055) 500 71 00 (WhatsApp) nömrələri ilə əlaqə saxlamaq olar.