Gəncədə tibbi aksiya keçiriləcək. Bu haqda 27 aprel tarixində Ganja İnternational Hospital-a istinadən məlumat veririk.
3, 4, 5 may tarixlərində baş tutacaq qəbulda LOR Estetik Cərrah doktor Hüseyn Məmmədov Gəncə Beynəlxalq Hospitalında sakinləri ödənişsiz müayinə edəcək. Həkim tərəfindən müalicə edilən xəstəliklər:
- Estetik rinoplastika (xarici burun deformasiyasının aradan qaldırılması);
- Funksional rinoplastika (burun tənəffüsü və estetik görüntünün bərpası);
- Septoplastika (burun çəpər əyriliyinin aradan qaldırılması);
- Vazotomiya (aşağı burun balıqqulaqlarının kiçildilməsi);
- Tonzillektomiya (damaq badamcıqlarının götürülməsi);
- Adenotomiya (adenoid hiperplaziyasının götürülməsi);
- Qulaq balonunun tətbiqi (eksudativ otitin müalicəsi) və s.
Əlavə məlumat almaq üçün: (022) 303, (022) 255 38 38, (022) 255 83 83 və (055) 500 71 00 (WhatsApp) nömrələri ilə əlaqə saxlamaq olar.