Gəncədə maarifləndirici tədbir baş tutub. Bu haqda 4 noyabr tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“İlkin Tibbi Yardım” mövzusunda tədbiri Gənclər Evi və Sağlam Ailə Tibb Mərkəzinin Gəncə Ultralab filialı həyata keçirib. Burada 100-ə yaxın gənc iştirak edib.
Tədbirdə Gənclər Evinin direktoru Amil Qurbanov, Sağlam Ailə Tibb Mərkəzinin Ultralab filiallarının rəhbəri Nərgiz Cəbrayılzadə, Sağlam Ailə Tibb Mərkəzinin Ultralab filiallarının İctimaiyyətlə əlaqələr üzrə meneceri (PR) Nailə Mirzəzadə gənclərə xitab edərək, layihəyə uğurlar arzulayıblar. Daha sonra ilkin tibbi yardım sahəsində praktiki məlumatlar verilib.
“Gəncə Ultralab”ın nümayəndəsi Lalə xanım tibbi yardımla, psixoloq Lalə xanım isə psixoloji məqamlarla bağlı gənclərə təlim keçiblər.
Sonda gənclər sertifikatlarla təltif olunublar. Həmçinin iştirakçılara gənclər kuponu və hədiyyələr təqdim edilib.