16.4 C
Gence
16.4 C
Gence

“Let’s play Mangala” layihəsi başlayır

Gəncədə gənclər üçün layihə keçiriləcək. Bu haqda 10 fevral tarixində Gənclər Evinə istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022“ Gənclərin Fərdi Qrant Layihələri üzrə Qrant Müsabiqəsində qalib olan “Let’s play Mangala” tarixi Manqala oyununun təbliği layihəsi başlayır.

Burada iştirakçılar aşağıdakı suallara cavab tapacaqlar:

  • Manqala nədir?;
  • Bu oyunu kimlər oynayıb?;
  • Bizim üçün tarixi əhəmiyyəti nədən ibarətdir?;
  • Oyun necə oynanılır?;
  • Oyunu bildikdən və öyrəndikdən sonra nələr əldə olunacaq? və s.

Layihə 23-26 fevral tarixlərində baş tutacaq. Təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin korpuslarında, yarışlar isə Gənclər Evində təşkil olunacaq.

İştirak etmək istəyən gənclər 15 fevraladək link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Ən Çox Oxunan