İnformasiya kommunikasiya texnologiyaları mövzusunda təlim keçirilib. Bu haqda oktyabrın 3-ü Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
İnformasiya kommunikasiya texnologiyaları (İKT) barədə bilik və bacarıqların artırılması məqsədilə təlim keçirilib. Məşğələdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.
Orada ofis proqramları barədə ətraflı məlumat verilib. Bundan başqa praktiki cəhətdən icra etmək üçün tapşırıqlar həyata keçirilib.