Gəncədə koronavirusdan vəfat edən şəxsin 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb. Bu haqda Gencexeber.az 2 oktyabr tarixində Oxu.az-a istinadən xəbər verir.
Qızıl protez dişləri dünyasını dəyişən Təhməz Kərimova məxsus idi. Mərhumun oğlu Ramin Kərimov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.