26.9 C
Gence
23.5 C
Ganja

Konstruksiya dəyişiklikləri olunan avtomobili sahibi qeydiyyatdan keçirə bilmir

Gəncə sakini konstruksiya dəyişiklikləri etdiyi avmobilini qeydiyyatdan keçirə bilmədiyi üçün narazılıq bildirib. Bu haqda 5 may tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Şəhər sakini Heydər Qaytaranov özünə məxsus avtomobilin qeydiyyata alınmamasından şikayətini bildirir. Onun sözlərinə görə, 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi onun müraciətinə mənfi cavab verib.

“GAZ-M21″ markalı minik avtomobilimlə bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, qeydiyyata alınmır. Düzdür, həmin nəqliyyat vasitəsinin strukturunda müəyyən dəyişikliklər etmişəm. Avtomobilimin dövlət qeydiyyatından keçirilməsini və uçota alınmasını xahiş etmişəm. Amma müraciətim təmin olunmayıb”, – deyə sakin bildirib.

Polis inspektoru məsələ ilə bağlı açıqlama verib. O, qeyd edib ki, araşdırma aparılıb və vətəndaşın avtomobilə etdiyi konstruksiya dəyişikliyi qanuna ziddir, buna görə də onun avtomobili dövlət qeydiyyatına alına bilməz.

Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto