Gəncədə əməkdar futbol məşqçisinə həsr olunmuş oyun baş tutub. Bu haqda 16 noyabr tarixində Sportinfo.az-a istinadən xəbər veririk.
Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib. Burada bir neçə komanda mübarizə aparıb. Sonda “Turan Tovuz” qələbə qazanıb.
U-10 komandası ilk oyunda “Lokomotiv”i 3:2 hesabı ilə məğlub edib. Finalda isə “Qəbələ” ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə başa çatıb. Tovuzlular turnirin baş mükafatına sahib olublar.