Gəncədə növbəti psixoloji təlim keçiriləcək. Bu haqda 23 avqust tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Maarif Quliyev və Gənclər Evinin Psixologiya kursunun rəhbəri Sevda İbrahimova tərəfindən aparılacaq. Təlimin mövzusu “KomplekSizsiniz” olacaq. Seminar 26 avqust tarixində saat 11:00-da Gənclər Evində baş tutacaq.
İştirak ödənişsizdir. Qatılmaq üçün link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat linki: https://chat.whatsapp.com/Lp4a8OEgBkYC1HUODNDwun.
Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.