16.9 C
Gence
16.9 C
Gence

“Kompüterin texniki təminatı” mövzusunda ödənişsiz təlim keçiriləcək

Gəncədə kompüter kursunda ödənişsiz təlim təşkil ediləcək. Bu haqda məlumat noyabrın 21-i sosial şəbəkələrdə paylaşılıb.

Tədbir Gəncə Gənclər Evində baş tutacaq. Kompüter kursunun rəhbəri İlahə Mehdiyeva tərəfindən “Kompüterin texniki təminatı” mövzusunda təlim keçiriləcək. Ödənişsiz məşğələ noyabrın 25-i və 30-u saat 15:30-da olacaq.

Ətraflı məlumat almaq üçün (022) 264-01-53 nömrəsi ilə əlaqə saxlamaq olar. Adıçəkilən məkan Heydər Əliyev Parkında, 28 May küçəsi, 34 ünvanında yerləşir.

Ən Çox Oxunan