Gəncədə kompüter kursuna qeydiyyat başlayıb. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.
Dərslər əyani formada müəllim İlahə Mehdiyeva tərəfindən keçiriləcək. Öyrənməyə həvəsi olan və asudə vaxtını faydalı keçirmək istəyən hər kəs kursda dərslərə qatıla bilərlər. Dərslər ödənişsizdir.
Qeydiyyatdan keçmək istəyənlər (055) 307 22 15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Gəncə Gənclər Evi 28 may, 34 ünvanında yerləşir.