Gəncədə orta ixtisas təhsili müəssisəsinə keçid balları açıqlanıb. Bu haqda 10 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb. Gəncə Dövlət Universitetinin nəzdində Regional kollecə ixtisaslar üzrə keçid balları aşağıdakı kimidir:
- Ailə və ev təhsili – 155.3;
- Məktəbəqədər təhsil – 180.6;
- Mühasibat uçotu – 184.7;
- Elektrik təchizatı (sahələr üzrə) – 132.0;
- Kompüter sistemlərinin təmiri və servisi – 146.6;
- Nəqliyyat vasitələrinin texniki istismarı – 158.7;
- Nəqliyyatın logistikası – 136.7;
- Telekommunikasiya vasitələri və qurğuları – 141.4;
- Tikiş məmulatlarının və trikotaj istehsalının texnologiyası – 130.6;
- Baytarlıq – 143.4;
- Fiziki tərbiyə müəllimliyi – 126.7;
- Dizayn (sahələr üzrə) – 121.3;
- İnstrumental ifaçılıq (fortepiano, violin, truba, klarnet, trombon, tar, kamança, qarmon, balaban, nağara, qanun) – 125.3;
- Vokal sənəti (klassik vokal, xanəndə) – 118.0;
- Ailə və ev təhsili – 113.4 (ödənişli əsaslarla);
- Məktəbəqədər təhsil – 140.7 (ödənişli əsaslarla);
- Mühasibat uçotu – 135.3 (ödənişli əsaslarla);
- Elektrik təchizatı (sahələr üzrə) – 102.0 (ödənişli əsaslarla);
- Kompüter sistemlərinin təmiri və servisi – 122.0 (ödənişli əsaslarla);
- Nəqliyyat vasitələrinin texniki istismarı – 114.0 (ödənişli əsaslarla);
- Nəqliyyatın logistikası – 111.4 (ödənişli əsaslarla);
- Telekommunikasiya vasitələri və qurğuları – 113.3 (ödənişli əsaslarla);
- Tikiş məmulatlarının və trikotaj istehsalının texnologiyası – 104.7 (ödənişli əsaslarla);
- Baytarlıq – 104.7 (ödənişli əsaslarla);
- Fiziki tərbiyə müəllimliyi – 98.0 (ödənişli əsaslarla);
- Dizayn (sahələr üzrə) – 92.6 (ödənişli əsaslarla);
- İnstrumental ifaçılıq (fortepiano, violin, truba, klarnet, trombon, tar, kamança, qarmon, balaban, nağara, qanun) – 101.3 (ödənişli əsaslarla);
- Vokal sənəti (klassik vokal, xanəndə) – 68.0 (ödənişli əsaslarla).