Gəncədə biznesə başlamaq istəyənlər üçün maarifləndirici təlim keçirilib. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə KOBİM-ə istinadən xəbər verir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən keçirilən “Öz biznesinə başla” mövzusunda olan təlimdə 15 nəfər iştirak edib.
Görüşdə Gəncə KOBİM-in eksperti tərəfindən bazar şəraiti və mövcud imkanlar, biznes fəaliyyəti üçün atılmalı olan ilkin addımlar haqqında məlumat verilib. Həmçinin gənclərin ideyaları üzərindən real misallarla fikir mübadiləsi aparılıb və biznes ideyasının seçilməsi, bazar araşdırması, satış planı, satışın idarə edilməsi, işçilərin seçimi, tədarük xərcləri, amortizasiya, müxtəlif xərclərin hesablanması, nağd pul axını, kompleks maya dəyəri, biznesin hüquqi forması və biznes-planın tərtib edilməsi istiqamətində ətraflı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.