Gəncədə sahibkarlara məsləhət xidməti göstərilib. Bu haqda 28 yanvar tarixində Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.
KOBİM-ə müraciət edən sahibkarlara canlı və onlayn formatda köməklik göstərilib. Onlara elektron vergi xidmətlərindən istifadə, fiziki və hüquqi şəxslərin vergi öhdəlikləri, hesabatı, əmlak vergisinə cəlb olunan obyektlər, onun hesablanması və ödənilməsi qaydaları, vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları və digər məsuliyyətlərin formaları haqda məlumat verilib. Sahibkarların IV rüb vergi və DSMF hesabatları hazırlanıb.
Qeyd olunub ki, ehtiyac yaranarsa digər dəstək və xidmətlərin göstərilməsi davam etdiriləcək.

