25.8 C
Gence
25.8 C
Gence

KOBİM Gəncədə sahibkarla görüşüb

Gəncədə 13 dekabr tarixində sahibkara məsləhət xidməti göstərilib. Bu haqda Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

Görüşdə KOBİM eksperti şəhər sakini Yulia Kogana yeni biznesə başlamaq üçün məsləhətlər verib. Ona hüquqi proseslər izah olunub. Sahibkara xarici vətəndaşların sahibkarlıqla məşğul olması üçün qanunvericilik bazası, biznes mühiti və sahibkarlıq fəaliyyətini həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması haqda məlumat verilib.

Ən Çox Oxunan