15.3 C
Gence
15.3 C
Gence

KOBİM “Etika, xidmət və davranış standartları” adlı təlim keçirib

Gəncədə xəstəxana işçiləri üçün təlim təşkil olunub. Bu haqda 21 aprel tarixində Beynəlxalq Xəstəxanaya istinadən məlumat veririk.

Təlimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) keçirib. Burada Beynəxalq Xəstəxananın qeydiyyatçı əməkdaşları üçün “Etika, xidmət və davranış standartları” adlı seminar baş tutub.

Təlimdə peşəkarlıq, fərdi yanaşma və müştəri ehtiyaclarının prioritetliyi, müştərilərlə ünsiyyət və xidmət prosesi, narazı müştərilərlə davranış, qeyri-verbal davranış və s. mövzular haqqında bəhs edilib.

Ən Çox Oxunan