Gəncədə təlim təşkil olunub. Bu haqda 26 aprel tarixində KOBİM-ə istinadən məlumat veririk.
“Etik davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən keçirilib. Səhiyyə müəssisəsində təşkil olunan 3 təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən etik davranış qaydaları, müştəriyə müraciət formaları, düzgün qeyri-verbal davranış, müştəri suallarının və fikirlərinin dəqiqləşdirilməsi, müştərilərlə ünsiyyət və xidmət prosesi barədə məlumatlar verilib.
Məşğələlərdə 25 nəfər iştirak edib. Burada aydın və konkret məlumatın verilməsi, müştəri ehtiyaclarının prioritetliyi, rəqiblərin düzgün qiymətləndirilməsi, növbəlik və xidmətə başlama prosesi barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.