26.4 C
Gence
26.4 C
Gence

KOBİM eksperti səhiyyə işçilərinə təlimlər keçib

Gəncədə səhiyyə işçiləri üçün təlimlər baş tutub. Bu haqda 15 may tarixində Gəncə KOBİM-ə istinadən məlumat veririk.

“Etik davranış qaydaları”, “Xidmət və davranış standartları”, “Qeyri-verbal davranış prosesi” mövzularında maarifləndirici təlimlər Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunub. Burada KOBİM-in eksperti tərəfindən etik davranış qaydaları, müştəriyə müraciət formaları, düzgün qeyri-verbal davranış, müştəri suallarının və fikirlərinin dəqiqləşdirilməsi, müştərilərlə ünsiyyət və xidmət prosesi haqqında məlumat verilib.

Təlimlərdə 42 nəfər iştirak edib. Məşğələdə aydın və konkret məlumatın verilməsi, müştəri ehtiyaclarının prioritetliyi, rəqiblərin düzgün qiymətləndirilməsi, növbəlik və xidmətə başlama prosesi, peşəkarlıq, fərdi yanaşma və müştəri ehtiyaclarının prioritetliyi, müştərilərlə ünsiyyət və xidmət prosesi, narazı müştərilərlə davranış, qeyri-verbal davranış barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Ən Çox Oxunan