15.3 C
Gence
15.3 C
Gence

KOBİM-də “Vergi tutmanın əsasları” mövzusunda təlim olacaq

Gəncədə sahibkarlar üçün daha bir təlim baş tutacaq. Bu haqda Gəncə KOBİM-ə istinadən məlumat veririk.

“Vergi tutmanın əsasları” mövzusunda maarifləndirici təlimi Gəncə KOBİM-in təlimçisi İlkin Dövlətov keçəcək. Tədbir 19 may saat 10:30-da təşkil olunacaq. Burada aşağıdakı mövzulara toxunulacaq:

  • Vergi qanunvericiliyi və vergi sistemi;
  • Vergi qanunvericiliyinin tətbiqi zamanı istifadə olunan anlayışların praktiki izahı;
  • Vergi qanunvericiliyinin pozulması halları və bu hallarla bağlı Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirləri;
  • Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri. Vergi sərəncamları və vergi ödəyicisinin əmlakının siyahıya alınması proseduru;
  • Fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi;
  • Gəlir və mənfəət vergiləri ilə bağlı müddəalar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. İştirak ödənişsizdir.

Qatılmaq üçün üçün (055) 213 11 24 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət etmək lazımdır.

Ən Çox Oxunan