20.3 C
Gence
15.5 C
Ganja

KOBİA təlimlərin cədvəlini paylaşıb

Gəncədə sahibkarlar üçün bir sıra təlimlər keçiriləcək. Bu haqda 16 sentyabr tarixində KOBİA-ya istinadən məlumat veririk.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Nizami yurdunda sentyabr ayı üzrə baş tutacaq təlimlərin təqvimi açıqlanıb. Cari ayın ikinci yarısında aşağıdakı seminarlar təşkil olunacaq: 

  • “Maliyyə savadlılığı” – 18 sentyabr;
  • “Əmək haqqının uçotu” – 19 sentyabr;
  • “Mal və xidmətlərin ixrac prosesi və yaşıl dəhliz” – 20 sentyabr;
  • “Şirkətlərin fəaliyyətində müqavilənin əhəmiyyəti” – 21 sentyabr;
  • “Mühasibat uçotu” – 22 sentyabr;
  • “Startaplarda təqdimat və “pick day” bacarıqlarının inkişaf etdirilməsi” – 22 sentyabr;
  • “4P marketinq formaları” – 25 sentyabr;
  • “Turizm sahəsində marketinq və fəaliyyətin gücləndirilməsi” – 26 sentyabr;
  • “Otelçilik sahəsində müştəri məmnuniyyəti və davranış qaydaları” – 27 sentyabr.

Təlimlərin hər biri saat 11:00-da başlayır. 

Əlavə məlumat üçün (051) 744 65 21 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. Təlimlərə qatılmaq ödənişsizdir.