25.8 C
Gence
25.8 C
Gence

KOBİA Gəncədə sahibkarlıqla bağlı tədbir keçirib

Gəncədə sahibkarlıq fəaliyyəti ilə bağlı tədbir keçirilib. Bu haqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat paylaşıb.

Tədbir “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi” mövzusunda təşkil olunub. Görüş Gəncə Gənclər Evində baş tutub və orada 30-a yaxın sahibkar iştirak edib. Təlimin məqsədi gənc sahibkarları dəstək göstərən qurumların fəaliyyəti və xidmətləri haqda məlumatlandırmaq, aralarında əməkdaşlığa yönəltməkdir. Bunula yanaşı, sahibkarlar dövlətin güzəştli krediti hesabına maliyyələşdirmək istədikləri layihələrini Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri ilə müzakirə ediblər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF), Gənclər və İdman Baş İdarəsinin, Destinasiya Menecmenti Təşkilatının, Gənclərin İnkişafı və Karyera Mərkəzinin, Gəncə KOB dostunun və KOB İnkişaf Mərkəzinin (KOBİM), “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

 

Ən Çox Oxunan