21 C
Gence
21 C
Gence

Kikboksinq üzrə açıq birincilik təşkil olunub

Gəncədə açıq birincilik keçirilib. Bu haqda 9 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Kikboksinq üzrə açıq şəhər birinciliyi tanınmış kikboksçu Elnur Alıyevin xatirəsinə həsr edilib. İlk növbədə mərhum idmançının karyerası ərzində bir sıra nailiyyətlərə imza atdığı, 3 qat dünya və 15 qat Azərbaycan çempionu olduğu diqqətə çatdırılıb. Elnur Alıyevin bu idman növünü inkişaf etdirmək üçün Gəncədə məşqçi kimi də fəaliyyət göstərdiyi vurğulanıb.

Açılışdan sonra döyüşlər başlayıb. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən yarışda 250-dən çox idmançı mübarizə aparıb. Birincilikdə Nizami yurdu ilə yanaşı, 20-yə yaxın şəhər və rayondan olan kikboksçular qüvvəsini sınayıblar. Ümumilikdə birincilikdə 42 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yarışın sonunda fəxri yerləri tutan idmançılar medal və diplomla, qalib idmançılar isə həm də kubokla mükafatlandırılıblar.

Ən Çox Oxunan