14.1 C
Gence
11.5 C
Ganja

Kikboksinq üzrə açıq birincilik baş tutub

Gəncədə açıq birincilik təşkil olunub. Bu haqda 30 oktyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin və Kikboksinq Federasiyasının zona və Gəncə filialının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi və Zəfər Gününə həsr olunmuş kikboksinq üzrə şəhər açıq birinciliyi keçirilib.

Açılış mərasimi hərbi orkestrin müşayiəti ilə baş tutub. Tədbirdə Regional Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Əkbər Məmmədzadə, 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Asif Həsənov çıxış edərək, qonaqları salamlayıb və idmançılara uğurlar arzulayıblar.

Birincilikdə Gəncə ilə yanaşı, Mingəçevir və Şəki şəhərləri, Gədəbəy, Göygöl, Kəlbəcər, Göyçay, Şəmkir, Samux rayonlarından 20 komanda iştirak edib. Qaliblər sonda diplom, medal və kubokla təltif olunublar.

Ən Çox Oxunan