5.8 C
Gence
5.8 C
Gence

Kibertəhlükəsizlik mövzusunda təlim baş tutub

Gəncədə şəhid və qazi ailələri üçün Kibertəhlükəsizlik mövzusunda təlim keçirilib. Bu haqda 29 iyun tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat veririk.

Təlim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “CIAT paylaşımdır” proqramı üzrə qalib olmuş “Kiber Smart Ol” layihəsi çərçivəsində baş tutub. Burada “Rəqəmsal bacarıqların inkişafı” və “Təhlükəsiz internet” mövzularında təqdimatlar edilib.

Seminarda rəqəmsal bacarıqların inkişafı, uşaq və yeniyetmələrin internetdə qarşılaşa biləcəkləri təhlükələr, onlarla mübarizə üsulları, kibergigiyena qaydaları haqda məlumat verilib.

Qeyd edək ki, təlimdə Gəncə, Yevlax, Goranboy, Şəmkir və Göygöl rayonlarında yaşayan Vətən müharibəsi şəhidləri və qazilərinin 12-17 yaş qrupunda olan ailə üzvləri iştirak edib.

Ən Çox Oxunan