Bu gün qəhrəman şəhidimiz Ramal Qasımovun doğum günüdür.
Baş gizir Qasımov Ramal Saleh oğlu 15 aprel 1992-ci ildə Gəncə şəhərində anadan olub. Ramal Vətən müharibəsində igidlik və mərdlik göstərərək 29 sentyabr 2020-ci ildə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz ailəli idi. İmran və Kənan adlı övladları Vətənə əmanətdirlər.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.