19.1 C
Gence
19.1 C
Gence

İki məktəbin şagirdləri Göygöldə Sarısu kənd tam orta məktəbində olublar

Məktəblilərimiz Göygöl rayonuna səfər ediblər. Bu haqda 9 mart tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Tədbir “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində keçirilib. Gəncə şəhər 12 və 30 nömrəli tam orta məktəblərin direktorları, müəllim və şagirdləri, həmçinin Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev Göygöl rayon Sarısu kənd tam orta məktəbində olublar.

Gəncə məktəbliləri öz həmyaşıdları ilə tanış olaraq onlara hədiyyələr təqdim ediblər. Sonda Göygöl rayon Sarısu kənd tam orta məktəbinin xanım əməkdaşlarına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr bağışlanıb.

Ən Çox Oxunan