17.5 C
Gence
17.5 C
Gence

İki məktəbdə “İxtisas Bələdçisi” seminarları baş tutacaq

Gəncədə maarifləndirmə seminarı keçiriləcək. Bu haqda 7 aprel tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və İxtisas.az-ın dəstəyi ilə “İxtisas Bələdçisi” maarifləndirmə seminarları təşkil olunur. Məşğələlər 11 aprel tarixində şəhərimizdə də baş tutacaq.

Səhər saat 10:00-da 10 nömrəli, 12:30-da 28 nömrəli tam orta məktəblərdə şagirdlərə ixtisas seçmə ilə bağlı seminarlar keçiriləcək.

Ən Çox Oxunan