18.6 C
Gence
18.6 C
Gence

İki şəhidimizin mövlududur

Bu gün şəhidlər Firdovsi Qənbərov və Yaşar Hüseynovun doğum günüdür.

Firdovsi Zöhrab oğlu Qənbərov 28 aprel 1962-ci ildə Gəncədə anadan olub. O, 2 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. 1983-cü ildə ailə qurub. Gəncə şəhər Dəmir-Beton zavodunda fəhlə işləyib.

1990-cı ildə Firdovsi Qənbərov könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. Burada ağır döyüşlərin birində, 1992-ci ildə iki dəfə ağır yaralansa da, Gəncədə hərbi hospitalda müalicə olunub və sağaldıqdan sonra yenə hərbi xidmətə qayıdıb. O, Ağdamın bir sıra kəndləri, Gülüstanın azad olunmasında böyük fədakarlıq göstərib.

Firdovsi Zöhrab oğlu Qənbərov 4 iyul 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb.

Yaşar Təfəkkül oğlu Hüseynov 28 aprel 1965-ci ildə Gəncədə anadan olub. 20 nömrəli orta məktəbi bitirib. Hərbi xidmətini Perm şəhərində keçən Yaşar qayıtdıqdan sonra Gəncə Toxuculuq kombinatında işləyib.

27 fevral 1992-ci ildə Yaşar ailə üzvlərindən heç kəsə xəbər vermədən cəbhəyə yollanıb. Yaşar Təfəkkül oğlu Hüseynov 12 mart 1992-ci ildə Kosalar kəndində şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan