5.8 C
Gence
5.8 C
Gence

İki gimnaziyada vakant yerlər mövcuddur

Gəncədə fəaliyyət göstərən internat və internat tipli təhsil müəssisələrinə tərbiyəçi və defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi başlayıb. Bu haqda 1 oktyabr tarixində Elm və Təhsil Nazirliyinə istinadən məlumat veririk.

İnteqrasiya təlimli internat tipli gimnaziyada defektoloq/loqoped, internat tipli xarici dillər təmayüllü gimnaziyada isə tərbiyəçi vəzifəsi boşdur.

Seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Onlar qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.

Son müraciət tarixi 3 oktyabr saat 11:00-dır.

Ən Çox Oxunan