19.1 C
Gence
19.1 C
Gence

Kamran Əliyev Gəncəyə gəlib

Baş prokuror Gəncəyə səfər edib. Bu haqda 12 oktyabr tarixində Report-a istinadən məlumat veririk.

Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib. Orada şəhid olan mülki şəxslərin xatirəsinə gül dəstəsi qoyub.

Baş prokuror bildirib ki, hadisələrlə bağlı cinayət işləri açılıb. “Biz bunların hamısını xatırlayırıq. Həmin dövrdə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında irəliləyir, düşmənə layiqincə cavab verir, torpaqlarımızı işğaldan azad edirdi. Ermənilər aciz duruma düşmüşdü. Bu səbəbdən bizim mülki şəhərlərimizə raket zərbələri endirirdilər. Bu hadisələrlə bağlı Baş Prokurorluqda 3 cinayət işi qaldırılıb. Hadisəni törədən şəxslər müəyyən olunub. Hərbi-siyasi tapşırığı verənlər və icra edənlər tərəfimizdən axtarışa verilib”, – deyə o qeyd edib

Ən Çox Oxunan