22.5 C
Gence
22.5 C
Gence

“Kəpəz” yeni mövsümdən ev oyunlarını Gəncədə keçirəcək

Gəncə şəhər stadionu yeni mövsüm üçün hazırlanır. Bu haqda 22 may tarixində Bizim.Media.az-a istinadən xəbər veririk.

“Kəpəz”in İdarə heyətinin sədri İlqar Nadiri bildirib ki, artıq ot örtüyü yenilənib və yeni mövsümdən “Kəpəz” ev oyunlarını Gəncədə keçirəcək:

“Paltardəyişmə otağı yenilənib. Akademiya istifadəyə veriləndən sonra hər şey yenilənəcək. Sadəcə, tribunalar hazırkı kimi qalacaq. Bu, stadionun yenidən sökülüb tikilməsindən sonra düzələcək. Bugünkü gün üçün tribunalarla bağlı nəsə bir yenilik yoxdur. Klubun balansında daxili güc o qədər böyük deyil ki, stadionu söksün və yenidən tiksin. Kifayət qədər böyük layihədir”.

Ən Çox Oxunan